“Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində 1900 gəmi yoxlanılıb”
“Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində 1900 gəmi yoxlanılıb”
02.06.2023 MEDİA Tərəfindən

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qara Dəniz Taxıl Təşəbbüsü Koordinatoru Deşti, komandasının Qara Dəniz Taxıl Girişi çərçivəsində 30,5 milyon ton taxıl daşıyan 1900-dən çox gəmini hər hansı bir ciddi insident və itki olmadan yoxladığını bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Abdullah Abdussamed Deşti və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala ÜTT-nin təşkil etdiyi “Qara dəniz taxıl təşəbbüsü” adlı tədbirdə çıxış ediblər.

Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində 1900-dən çox gəmini yoxladıqlarını söyləyən Deşti, "Yoxlama qrupu 7 gün işləyir. Bu, həqiqətən də asan iş deyil" dedi.

Mayın ortalarında BMT-nin vasitəçiliyi ilə həyata keçirilən təşəbbüsün ikinci dəfə uzadıldığını xatırladan Deşti, ilk iki dövrdə təşəbbüsün Rusiya və Ukraynadan 45 ölkəyə 30,5 milyon ton taxıl və ərzaq məhsulunun daşınmasını asanlaşdırdığını, qlobal ərzaq qiymətləri və bazarları sabitləşdirdiyini vurğulayıb.

BM: Karadeniz Tahıl Girişimi kapsamında 1900 gemi denetlendi

İlahə Əliyeva