Putin İttifaq dövlətləri planında geri çəkilməyib
Putin İttifaq dövlətləri planında geri çəkilməyib
01.06.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanın Ukraynaya hücumu və işğal etməsində əsas planı, yeni ittifaq dövləti yaratmaqdan irəli gəlirdi. Bununla da Ukraynanı öz orbitinə qatdıqdan sonra, Belarus-Rusiya İttifaqına üzv edərək, digər post-sovet ölkələrini birliyə üzv etmək üçün təzyiqlərə başlayacaqdı.

Demək olar ki, Rusiya prezidenti V. Putinin Ukraynada siyasi-hərbi planı iflasa uğradı. Onun güc yolu ilə ittifaq planı mümkün deyil. V. Putin "Yumuşaq güc" siyasətinə əl atıb. Məhz Avrasiya İttifaqı vasitəsilə bunu reallaşdırmağa çalışacaq.

Qeyd edim ki, Avrasiya İttifaqı iqtisadi bir təşkilatdır. Rusiya bununla keçmiş sovet ölkələrini bu təşkilatda birləşdirməklə, ittifaq dövləti layihəsini reallaşdırmağa çalışır. Məhz mayın 25-də Avrasiya İttifaqı Ali şurasının iclasında Avrasiya İttifaqını iqtisadi deyil, siyasi bir təşkilata çevirmək niyyətini ortaya qoydu. Buna ilk etirazı Qazaxıstan prezidneti Q.Tokayev etdi. O, Avrasiya İttifaqını iqtisadi deyil, siyasi təşkilata çevriləcyini qəbul etməyəcəyini mesajını verdi. Hətta Belarus prezidenti A, Lukaşenka Q. Tokayevi Belarus-Rusiya İttifaqına qoşulmağa dəvət etdi.

Göründüyü kimi V. Putin Avrasiya İttifaqını siyasi ittifaqa çevirərək yeni xətt ortaya qoyub. Gürcüstanla vizanı aradan qaldırması və uçuşları bərpa etməsi bu planın tərkib hissəsidir. Prezident İlham Əliyevin Avrasiya Ali şurasının iclasına qonaq kimi dəvət etməsi də V. Putinin bu ittifaqda Azərbaycanı görmək siyasətindən irəli Azərbaycanın Avrasiya İttifaqı təşkilatına üzv olması isə, gözlənilmir.

Türkiyədə keçirilən seçkilərdən sonra, cənab Ərdoğanın hakimiyyətdə qalması, Türk dövlətlərinin iqtisadi- siyasi birliyini inkişaf etdirəcək. Mərkəzi Asiya ölkələri V. Putinin deyil, R.Ərdoğanın Türk dövlətlərinin inteqrasiyasında maraqlıdırlar.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az