Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfərlərinin strateji istiqamətlərinə diqqəti çəkmək istəyirəm-deputat Vüqar Bayramov
Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfərlərinin strateji istiqamətlərinə diqqəti çəkmək istəyirəm-deputat Vüqar Bayramov
18.08.2021 Vüqar Bayramov Tərəfindən

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var. Sözügedən səfərin iqtisadi tərəfləri artıq müzakirə olunduğundan məsələnin strateji istiqamətlərinə diqqəti çəkmək vacib olardı.

Əvvəlla, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır. Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub;

İkincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir;

Üçüncüsü, Kəlbəcər və Laçın rayonları region üçün mühim coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha möhkəmləndirəcək;

Dördüncüsü, müharibədən sonra ölkə rəhbərliyinin Kəlbəcərə səfəri bir daha təsdiq edir artıq regionda yeni düzən formalaşıb və nəinki bölgə ölkələri, eləcə də bizim coğrafiyada marağı olan dövlətlər də bu reallığı nəzərə almalıdırlar;

Nəhayət, son səfər təsdiq edir ki, kifayət qədər həsas olan Cənubi Qafqazda davamlı sülh və inkişafın əldə olunması 44 günlük savaşdan sonra qazandığınız zəfər kontekstində formalaşan reallığa uyğun olaraq kommunikasiyaların bərpası və ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanımasından keçəcək.

visiontv.az