Prezidentdən Rövşən Rzayevlə bağlı - Sərəncam
18.01.2022

Prezident İlham Əliyev Rövşən Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Visiontv.az xəbər verir ki, sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Yanvarın 20-də onun 60 yaşı tamam olacaq.