Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ müharibəsində əldə etdiyi qələbəni dünyanın paytaxtı hesab edilən Vaşqinqtonda Paşinyanla sülh bəyannaməsi imzalamaqla legitimləşdirdi.
200 ildən çox müddət ərzində azərbaycanlılarla ermənilər və onların havadarları arasında gedən savaşın rəsmi Bakı üçün qalib məzmunlu sülhlə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətin görünürdü. Düşmənçiliyin yaratdığı dərin izləri örtmək üçün hələ uzun bir müddətin olduğunu söylənənlər Prezident İlham Əliyevin növbəti ustad siyasi addımını hesablaya bilmədilər. Prezident İlham Əliyevin Qarabağ müharibəsinə necə ciddi hazırlaşdığını Rusiya, İran və Ermənistan rəhbərliyi qulaqardına vuraraq fikir vermədikləri kimi sülh prossesinin Ağ Evdə yekunlaşacağını da özünü bölgənin sahibi hiss edənlər düzgün hesablaya bilmədilər. Amma bu prosses gördüyünüz kimi baş verdi. Və yenə də prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan milləti bu prossedən qalib çıxdı. Erməni politoloq Anjela Elibegova yazır ki, Azərbaycan Vaşqinqtonda istədiyini aldı. Sitat: “Azərbaycan Ermənistan ərazisindən maneəsiz tranzit əldə etdi, Ermənistan isə əvəzində Azərbaycan ərazisindən heç nə ala bilmədi. Azərbaycan ABŞ-nin hərbi yardımla bağlı məhdudiyyətlərinin götürülməsinə və Minsk qrupunun buraxılmasına nail oldu, Ermənistanın əlinə isə daha bir kağız parçası verdilər”. Sitatın sonu. Əslində bütün erməni siyasi elitası bu cür düşünür. Başqa əlacları da yoxdur. Çünki Prezident İlham Əliyevin Cənubi Qafqaz regionu üçün qurduğu siyasi kanfiqurasiya Qarabağ müharibəsinin məntiqi nəticəsini bu cür sonluqla yekunlaşmasını diqtə etdi. Prezident müharibədən sonra Rusiya, İran və Avropa İttifaqının bölgədə yaratmaq istədiyi yeni oyun qaydalarının üstündən Vaşinqton görüşündə xətt çəkərək onları pat vəziyyətinə saldı. Yəni kim mane olursa problemi də elə həmən adamın, yəni Paşinyanın əli ilə həll etdi. İlham Əliyev Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının qurulmasında Ermənistanın iştirak etməsi üçün Paşinyana Azərbaycanın şərtlərini yerinə yetirmək məcburiyyətində olduğunu anlada bildi. Trampın bu razılaşmadakı iştirakı isə sözündən və imzasından istədiyi vaxt qaçmağa hazır olan rəsmi İrəvanın sülh bəyannaməsinə etibarlı qalacağını diqtə etdi. “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan mediaya bildirib ki, Vaşqinton görüşündən sonra Ermənistan hakimiyyəti bütün resurslarını konstitusiya dəyişikliklərinin uğurla həyata keçirilməsinə yönəldəcək. Çünki Paşinyan hökuməti Azərbaycan prezidenti İlham Əliyevin “ev tapşırığını” yerinə yetirməyə məcburdur. Bunun üçün o Ağ evdə İlham Əliyev və Donald Trampın qarşısında öhdəlik götürüb. Bəli ermənilər də aydın dərk edirlər ki, artıq sülh müqaviləsini imzalamaqdan başqa əlacları qalmayıb. Prezident İlham Əliyevin Qarabağ müharibəsindən sonra irəli sürdüyü sülh prossesi son mərhələsinə qədəm qoyub. Cənubi Qafqazda yeni reallığı qəbul etmək istəməyən Rusiya və İranın da mövqeyi zamanla dəyişəcək. Çünki Azərbaycanın təklif etdiyi sülh platforması bütün region ölkələri üçün iqtisadi baxımdan sərfəlidir. Cənubi Qafqazda sülhün əldə edilməsi Çindən başlayaraq Avropaya qədər uzanan nəhəng iqtisadi layihələrin həyata keçməsi deməkdir. Bu layihələrdən əldə edilən qazanc isə milyardlarla dollarla ölçülür. Ona görə zamanla özünü küsülü aparan region dövlətləri də Azərbaycanın yaratdığı bu cür səmərəli reallığı qəbul edəcəklər.
Şöhrət El-Dəniz
visiontv.az