Prezident Administrasiyasında “iPhone” qadağandır - Rusiya Prezidentini köməkçisi
01.06.2023

"Rusiya Federasiyasının Prezident Administrasiyasında "iPhone"ların rəsmi məqsədlər üçün istifadəsi yolverilməzdir və qadağandır".

Visiontv.az Modern.az -ın TASS-a istinadən məlumatına görə xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Kremlin heç bir əməkdaşının "iPhone"ların zərərli proqram təminatına “yoluxmuş” olması faktından xəbəri yoxdur. Kreml məmurların "iPhone"dan istifadəsini məhdudlaşdıra bilməz, onların təhlükəsizliyi ilə bağlı qərarlar xüsusi xidmət orqanlarının səlahiyyətindədir", - sözçü bildirib.

"Taxıl sazişi çərçivəsində Rusiya ammonyakının Ukrayna ərazisindən tranziti ilə bağlı müzakirələr davam edir", - o əlavə edib.