Polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTO
16.01.2022

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşın toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

Qafqazinfo