“Pəncə-Kilit” və “Pəncə-Kaplan” əməliyyatlarında 4 PKK-çı zərərsizləşdirilib
“Pəncə-Kilit” və “Pəncə-Kaplan” əməliyyatlarında 4 PKK-çı zərərsizləşdirilib
28.06.2022 MEDİA Tərəfindən

Türkiyə Milli Müdafiə Nazirliyi "Pəncə-Kilit" və "Pəncə-Kaplan" əməliyyatlarında 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada Türkiyə Silahlı Qüvvələrinin "polad caynaqları" ilə terror yuvalarını darmadağın etməyə davam etdiyi bildirilib.
Açıqlamada deyilir:

"Türk Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalında uğurla davam edən `Pəncə-Kilit` və `Pəncə-Kaplan` əməliyyatlarında 4 PKK terrorçusu zərərsizləşdirilib."

İlahə Əliyeva