Pasportlaşdırılan abidələrin 42-si Qarabağa, 30-u Şuşaya aiddir
19.01.2022

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib.

Visiontv.az xəbər verir ki,  bu barədə Mədəniyyət Nazirliyinin kollegiya iclasında nazir Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.