Paşinyan: Regional kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub
07.06.2023

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyişdən danışıb.

Visiontv.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam”,- deyə Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu qeyd edib:

“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”, - deyə erməni Baş nazir bildirib.