Paşinyan hazırkı konstitusiyanı dəyişməklə prezidentlik postunu tətbiq etmək istəyir
Paşinyan hazırkı konstitusiyanı dəyişməklə prezidentlik postunu tətbiq etmək istəyir
19.01.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanda konstitusiya islahatlarından sonra Azərbaycanla normallaşma istiqamətində addımlar atıla və sülh müqaviləsi imzalana bilər.

Baş nazir Nikol Paşinyan hazırkı konstitusiyanı referendumla dəyişdirməklə ilk növbədə parlament respublikasını ləğv edib, əvvəlki sistemə qayıtmaq və prezidentlik postunu tətbiq etməklə, bütün səlahiyyətləri öz əlində cəmləşdirmək istəyir. Bununla da ölkədə bütün idarəetmə sistemini əlində cəmləşdirib, hakimiyyətini gücləndirəcək. Həmçinin konstitusiyadan Türkiyəyə qarşı ərazi iddialarını özündə birləşdirən bəndin çıxarılması da mümkündür. Eləcə də Ağrı dağının gerbdən silinməsi və Qarabağla bağlı bəndlər də Ermənistan konstitusiyasından götürülə bilər. Çünki, Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması üçün konustitusiyada dəyişikliklər etməlidir. Bu il ərzində Ermənistanda konstitusiya dəyişiklikləri edilsə və növbəti ildə prezident seçkilərində Paşinyan qalib gəlsə, o zaman daxili təzyiqləri neytrallaşdırıb, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar ata bilər. Amma, ilk növbədə hazırkı razılaşmaları yerinə yetirməlidir. Azərbaycan tərəfi də görünür Ermənistanda konstitusiya dəyişikliyini gözləyir. Buna baxmayaraq Ermənistan tərəfinin təxribatları mümkündür və buna qarşı ciddi adekvat addımlar atılacaq.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında ilk danışıqlar keçirilib. Artıq İstanbul-Yerevan aviareysi açılıb. Ankarada Ermənistana Azərbaycanla əlaqələrin normallaşmasında təzyiq etməlidir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az