Oqtay Əliyev dəfn olunub
23.03.2023

Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

***

12:04

Ötən gün yol qəzasında vəfat edən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi keçirilir.

APA xəbər verir ki, Oqtay Əliyevin evində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak edir.

Qeyd edək ki, mərhum bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

10:44

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

APA xəbər verir ki, o, bu gün saat 13:00-da ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.

Oqtay Əliyev dəfn olunub - FOTO  - YENİLƏNİB-1

Oqtay Əliyev dəfn olunub - FOTO  - YENİLƏNİB-1