"Omicron"a yoluxan 12 nəfərin hamısı sağalıb - TƏBİB
21.01.2022

"Bundan öncə seçmə yolu ilə "Omicron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.

Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omikron” yayılmağa başladığı ölkələrdə "Delta" ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omicron” ilə əlaqəli olduğu bildirilir: "Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür".