Neftçala rayonunda vaksinasiya tədbirləri uğurla həyata keçirilir
08.04.2021

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Neftçala rayonunda da Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” na uyğun olaraq, əhalinin COVİD-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla və böyük ruh yüksəkliyi ilə davam etdirilir.

Vətəndaşların vaksinasiya olunması üçün Neftçala RMX PHŞ-də hər bir vasitə ilə təmin edilmiş xüsusi otaqlar yaradılıb. Vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəkildə prosesə qatılmaları məqsədilə bütün zəruri tədbirər həyata keçirilib. Bu günə qədər 5000-dən artıq rayon sakini peyvənd olunub.

Qeyd edək ki, Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən əhali arasında COVİD -19 əleyhinə vaksinasiya barədə aktiv maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilir. Neftçala rayon sakinləri vaksinasiyanın onların sağlamlıqları üçün vacib olduğunu nəzərə alaraq, bu prosesdə xüsusi fəallıq göstərirlər.

Covid-19 əleyhinə peyvənd olunmuş  vətəndaşlar vaksinasiya prosesinin ən yüksək səviyyədə təşkil edilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarıqlarını ifadə edirlər.