NATO SSRİ-yə qarşı yaradılıb, indi isə Rusiya əleyhinə işləyir - Lavrov
21.01.2022

NATO Rusiyanın əleyhinə işləyir. Ona görə də Moskva NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinədir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu blok SSRİ-yə qarşı yaradılıb. İndi isə o, Rusiya Federasiyasına qarşı işləyir. Moskva NATO-nun genişlənməməsi barədə prinsipial mövqeyini bununla izah edir”, deyə Rusiya XİN başçısı vurğulayıb.