Musiqili Teatr "Yeni il" şənlikləri ilə balacaları sevindirəcək
Musiqili Teatr "Yeni il" şənlikləri ilə balacaları sevindirəcək
24.11.2022 MEDİA Tərəfindən

Dekabrda Akademik Musiqili Teatr bu tamaşalar göstəriləcək.

Qeyd edək ki, 27 dekabr 2022-ci il tarixindən - 04 yanvar 2023-cü il tarixinədək teatrda gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu "Yeni il" şənliyi  nümayiş olunacaq.

Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə​ əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.

Kollektiv sifarişlər qəbul olunur.

Visiontv.az