Müəllimlər arasında rəqabət güclənib
Müəllimlər arasında rəqabət güclənib
12.05.2022 MEDİA Tərəfindən

"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı və təhsilverənlərin sertifikatlaşdırılması fərqli proseslərdir".

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir və nəticədə işə qəbul prosesi aparılır: "Getdikcə də bu rəqabət çoxalır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir. Yəni müəllimlər bir-biriləri ilə rəqabət aparır. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir".

Orxan Kərimov