Mübariz Mənsimov iş başında-FOTOLAR
05.07.2021

Üzərindən ev həbsi götürülən Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov ilk dəfə işə çıxıb.

Visiontv.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib. M.Mənsimovu şirkətin əməkdaşları qarşılayıb. “Haydı, iş başına” deyən M.Mənsimov əməkdaşlar qarşısında çıxış edib.

“350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq”.