Müasirlik: Nədir və nə deyil?
17.10.2021

Hər şeyin mahiyyəti formasında deyil, məzmunundadır, o cümlədən al qırmızı ilə simvollaşdırılmış müasirliyin də... İndi kimsə bəyənmədiyini, yaxud onun baxışlarını - düşüncələrini təqdir etməyəni "müasirlik silahı" ilə hədəfə çevirir. "O, müasir deyil", yaxud "müasir olsa, bunu edər(etməz)di" kimi primitiv ittihamlar aktualdır. Əslində isə, müasirliyin anlamını - mahiyyətini və məzmununu anlamadan müasir olmağa çalışmaq absurddur...

MÜASİRLİK NƏ DEYİL?!

* məsuliyyətsizlik deyil: insanın məsuliyyətini dərk etmədən özbaşınalığa yol verməsi - "sərhədləri aşmaq" adı altında dəyərləri ayaqlar altına ataraq öz bildiyini etməsi deyil;

* sərhədləri aşaraq "azadlıq" adı altında azğınlıq "qazanmaq" deyil;

* müasirlik zahirdə (geyimdə, görüntüdə) deyil, daxildə - mahiyyətdədir, düşüncədə, təfəkkürdə və mənəviyyatdadır...

BƏS NƏDİR MÜASİRLİK?!

İbtidai icma, quldarlıq və feodalizm dövrləri insanından fərqli olaraq:

* sivilizasiyanın inkişafının indiki mərhələsində yüksək mədəni dəyərləri mənimsəyərək əməldə nümayiş etdirməkdir;

* insana sayğıdır, toplumun üzvü olan insanın haqqına girməməkdir;

* "güclü olan haqlı deyil, haqlı olan güclüdür" prinsipini qəbul etmək, ona əməl olunmasına çalışmaqdır;

* ədalətli olmaq, özünə rəva görmədiyini başqasına etməməkdir və s.

Ən əsası, o həm də fərd olaraq istədiyini etmək deyil, istənilməyəni etməməkdir...

Politoloq Nurlan Qələndərli

visiontv.az