MN: Erməni silahlıları Azərbaycan Ordusunun Xocavənddəki mövqelərini atəşə tutub
03.12.2022

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Visiontv.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanır.