“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil ediləcək.
Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında komitənin sədri Ziyafət Əsgərov bildirib.
Komitə sədri qeyd edib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.