Milli Məclisin Aparat rəhbərliyi TƏLTİF EDİLDİ
23.06.2021

Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Modern.az