Milli Kulinariya Mərkəzi tərəfindən müsabiqə elan edilib
21.06.2022

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən müsabiqə elan edilir.

Müsabiqə Azərbaycanda streetfood (küçə yeməyi) ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəmnində modern, tez hazırlanan, sağlam və  kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.

Müsabiqədə küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı  müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.

İştirak etmək üçün müraciətə  aşağıdakılar daxil edilməlidir:

1. İştirakçı haqqında qısa məlumat (ad, soyad, ünvan, iş yeri, vəzifəsi);

2. Xörəyin  foto çəkilişi (3 tərəfdən);

3. Xörəyin maya dəyəri;

4. Xörəyin hazırlanmasının texniki sxemi, kalkulyasiya və texniki xəritəsi;

5. Xörəyin hazırlanmasını və  satışının həyat keçirilməsi üçün lazım olan qurğu  və avadanlıq (yazılı təsviri).

Müraciətlər 16.09.2022 - ci il tarixinə kimi info@kulina.az  e-maili vasitəsilə qəbul ediləcək.

Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.

Visiontv.az