Mənim həqiqətlərim: Vaxtilə medianın Ramiz Mehdiyevin nəzarətində olduğunu hamı bilirdi
Mənim həqiqətlərim: Vaxtilə medianın Ramiz Mehdiyevin nəzarətində olduğunu hamı bilirdi
08.12.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Uzun İllər müxalifətin Əli Kərimli tərəfi dedi ki, Azərbaycan Qarabağ danışıqlarında güzəşt və məğlub mövqedən çıxış edir. Paşinyan bu danışıqları özündə ehtiva edən gizli arxiv sənədləri dərc edəndən sonra bəlli olur ki, proses əksinə olub.

Paşinyan səbəbini izah edir. Sarkisyan və Köçəryan özlərini ictimai rəyə qalib mövqe kimi təqdim etməklə Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışıb. Ki, bu da Rusiyaya Ermənistanın və Azərbaycanın (Paşinyan dili ilə desək) ipini əlində saxlamağa imkan verib. Maraqlıdır Ermənistanda bu cür mühiti yaradan Kremlə bağlı keçmiş separatçı prezidentlər olub. Bəs Azərbaycanda kim bu rəyi formalaşdırmağa çalışıb. Azərbaycanın "məğlub mövqeyini" gündəmdə saxlayan müxalifətin Əli Kərimli qanadına və mediayaya kim nəzarət edirdisə O. Həmən vaxtlar medianın Ramiz Mehdiyevin nəzarətində olduğunu hamı bilirdi. Bu gün isə müxtəlifətin də onun nəzarətində olduğu ortaya çıxıb. Nəticəni özünüz çıxardın.

P.S. Paşinyanın arxivi açıb tökməsi tək Ermənistanda yox Azərbaycanda da bəzi gizli oyunların və simaların həqiqi kimliyini deşifrə edir.

***

Gözlənildiyi kimi Putin Uitkof görüşü nəticəsiz bitdi. Bu görüşdən əvvəl Moskvada daha bir görüş oldu ki, mənim fikrimcə ABŞ-Rusiya danışıqlarına bir başa təsir göstərdi. Çin Xarici İşlər naziri gözlənilmədən Rusiyaya səfərə gəlib. Və Si-nin salamlarını Putinə çatdırdı. Nəticədə Putin müharibəyə davam mesajını verdi. Dəfələrlə demişəm bu müharibə yalnız Rusiya-ABŞ-Çin-İngiltərə razılaşması ilə dayana bilər. Başqa yol qoymayıblar.

Bir Oval kabinet və mətn şəkili ola bilər

***

Putinin Uitkofla danısıqlara başlamadan mətbuata dediyi sərt fikirlər onu göstərir ki, bu görüşün ciddi nəticəsi olmayacaq.

***

Azərbaycan öz suverenliyini qarantiya altına almaq üçün ən sərt tədbirlər görməyə məcburdur.

***

Əli Kərimli və Ramiz Mehdiyev "2013-cü ildə baş verən hadisələrə görə divana çəkilir" cümləsi yarımçıq deyilən bir fikirdir. İndi divana çəkilirsə deməli cütlük və digərləri prosesi davam etdiriblər.

Şöhrət El-Dəniz

visiontv.az