İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinin əməkdaşları Təbrizdə 17 yaşlı yeniyetmə Ngar Dabağının yaşadığı ata evinə hücum edib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məmurlar məhkəmə qərarı olmadan evə girib, axtarış aparıb və Nigar Dabbağiyə məxsus telefon, komputer və başqa şəxsi əşyaları müsadirə ediblər.
Qeyd edək ki, Təbrizin Baharistan texnikomunun şagirdi yeniyetmə noyabrın 13-də həbs olun və dekabrın əvvəlində 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
O, "vətəndaşları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmağa təhrik etmək", "hökumətə qarşı təbliğat" və "islam inqilabının banisi və İranın rəhbərini təhqir etək"də günahlandırılıb.
Nigar Dabbağı sosial mediada verdiyi açıqlamada, istintaq zamanı psixoloji təziqlərə məruz qaldığını və müstəntiqin onu ruhi xəstəxanaya salacağı ilə bağlı təhdid etdiyini bildirib.
visiontv.az