Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul müvəqqəti dayandırılıb
15.09.2022

Sabahdan məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul sistemi müvəqqəti dayandırılır.

Visiontv.az  Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi sentyabrın 14-ə kimi aparılıb.

Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq.

Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.