Meksikada həbsxanada dava - Ölənlər var
23.06.2021

Meksikanın Tabasko əyalətində həbsxanalardan birində qarşıdurma yaşanıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli polis nümayəndələri, Tabaskonun paytaxsı Villahermosada yerləşən həbsxananın həyətində iki rəqib qrup arasında qarşıdurma yaşandığını bildirib.

Nəticədə 6 məhkum həyatını itirib, 9 məhkum yaralanıb. 

Həbsxanada nəzarət yenidən bərpa edilib.