Mehmet Əli Ərbil keçirdiyi ağır xəstəlikdən DANIŞDI
Mehmet Əli Ərbil keçirdiyi ağır xəstəlikdən DANIŞDI
13.05.2022 MEDİA Tərəfindən

4 il əvvəl evinin hamam otağında ayağı sürüşərək yıxılan və ağır zədə alan Türkiyənin məşhur aparıcı-şoumeni Mehmet Əli Ərbil keçirdiyi ağır günlərdən danışıb.

Visiontv.az "Haber Global"a istinadən xəbər verir ki, qatıldığı mükafatlandırma tədbirində jurnalistlərə açıqlama verən Ərbil "Uzun müalicədən sonra özümü çox yaxşı hiss edirəm. Hər gün daha da yaxşılaşıram. Sevdiklərimin çoxu mənim üçün dua etdi. Onların duaları və müalicələrlə sağ qala bildim. Allaha şükür indi çox yaxşı vəziyyətdəyəm" deyə bildirib. 

Qeyd edək ki, məşhur şoumen 4 il əvvəl yaşadığı evin hamam otağında yıxılaraq ağır bədən xəsarətləri almışdı.

Qabırğaların sınması nəticəsində zədələnən ağciyərlər daxili qanaxmaya səbəb olmuşdu.

Mehmet Ali Erbil'in sözleri sonrası ünlü sunucu zor durumda kaldı: "20 yıldır başıma böyle bir şey gelmedi"

Mehmet Ali Erbil'in sözleri sonrası ünlü sunucu zor durumda kaldı: "20 yıldır başıma böyle bir şey gelmedi" - Resim : 1

İlahə Əliyeva