Medvedev: Kiyev Putinin təklifini qəbul etməsə, Rusiyanın hücumu davam edəcək
18.06.2024

Kiyevin indi Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hücumu davam edəcək.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiyanın hücumu davam edərsə, "sanitar zona"nın sərhədinin harada olacağını söyləmək çətindir.

"Lakin bu, Kiyevin xeyrinə olmayacaq", deyə  Medvedev vurğulayıb.

Siyasətçi hesab edir ki, Ali  Radada ağıllı qüvvələr yoxdur, Ukraynadakı bütün prosesləri  ABŞ idarə edir.

Medvedev qeyd edib ki, Kiyevin Putinin səsləndirdiyi təklifləri qəbul etmək və sülhü bərqərar etməyə çalışmaq imkanı var, hər bir sonrakı təklif əvvəlkindən daha pis olacaq.

visiontv.az