MEDİA Agentliyinin rəhbərliyi ulu öndərin məzarını ziyarət edib - FOTO
MEDİA Agentliyinin rəhbərliyi ulu öndərin məzarını ziyarət edib - FOTO
10.05.2022 MEDİA Tərəfindən

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Agentliyin digər əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Visiontv.az