Masazır Hədəf Liseyində reqbi idman növünün təqdimatı keçirilib
03.12.2021

2 dekabr 2021-ci il tarixində Azərbaycan Reqbi Federasiyası və Hədəf Liseyinin təşkilatçılığı ilə Masazır Hədəf Liseyinin akt zalında "Sağlam bədəndə sağlam ruh" şüarı altında reqbi idman növünün təqdimatı keçirilib. Təqdimatın əsas məqsədi reqbi haqqında məlumatı məktəblilərə çatdırmaq, onları bu idman növü ilə məşğul olmağa təşviq etmək, eyni zaman Hədəf liseyində təşkil olunacaq dərnək haqqında onları məlumatlandırmaqdır.

Visiontv.az xəbər verir ki, tədbirdə Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, milli yığma komandanın baş məşqçisi Vaqif Səadətxan və Masazır Hədəf Liseyinin direktoru Cavid Hüseynov iştirak ediblər.