Mariupol müdafiəçilərini xilas etmək üçün başqa variant yox idi - Ukrayna Müdafiə Nazirliyi
Mariupol müdafiəçilərini xilas etmək üçün başqa variant yox idi - Ukrayna Müdafiə Nazirliyi
18.05.2022 MEDİA Tərəfindən

Ukrayna hərbçilərinin  "Azovstal"dan xilas edilməsi əməliyyatı onlar Ukraynanın nəzarətində olan əraziyə gələnə qədər davam edəcək. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Kiyevdə keçirilən brifinqdə bildirib:


“Bu gün bir nömrəli məsələ, əlbəttə ki, döyüşçülərimizin - Mariupolun müdafiəçilərinin xilas edilməsi əməliyyatıdır”.

Onun sözlərinə görə, əməliyyatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələr, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti həyata keçirir: "Bu qüvvələrlə birlikdə əməliyyat başladılıb. Dünən ikinci mərhələ barədə məlumat vermişdik. Dünən 53 ağır yaralının təxliyyə edildiyini, 211 nəfərin vəziyyətinin qənaətbəxş olduğunu bildirdik. Və əməliyyat hərbiçilər rus əsirlərlə dəyişdirilənə qədər aparılacaq. Təəssüf ki, onların xilası üçün başqa yol yoxuydu. Bu, yeganə çıxış yolu idi”.

Əli Əliyev

visiontv.az