Makronu uşaq kimi məsxərəyə qoyublar
Makronu uşaq kimi məsxərəyə qoyublar
23.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Bir il bundan qabaq "Mən ermənilərə görə narahatam" deyən Fransanın "kiçik Napoleon"u Emmanuel Makron indi öz hayındadır. O, AUKUS-un ucbatından əldən çıxan milyardlara görə və qarşıdan gələn prezident seçkilərinə görə narahatdır...

Vaşinqtona səfəri zamanı Co Baydenlə görüşündə və jurnalistlərin suallarını cavablandıran İngiltərənin Baş naziri Boris Consonun Makronun ünvanına həm məzəli fikirlər səsləndirməsi, həm də ona AUKUS müdafiə ittifaqına görə küsməyi dayandırmağı və özünü toparlamasını tövsiyə etməsi Fransa prezidentini biraz da "cin atı"na mindirib.

“The Independent” yazır ki, Conson Makronu anlayışlı olmağa çağırıb və deyib ki, “düşünürəm ki, ən əziz dostlarımızın küskünlüyünü dayandırıb özlərini toparlamasının vaxtıdır. AUKUS-un yaradılması beynəlxalq təhlükəsizliyin inkişafı yolunda böyük addımdır".

İngilis baş nazir Makrona fransız dilində müraciət edib: “Dünyadakı ən əziz dostlarımız bizi anlamalı və rahat olmalıdırlar”.

Bəzi ekspertlər və KİV nümayəndələri Consonun bununla Fransa liderinə istehza etdiyini qeyd ediblər.

Makron ABŞ-İngiltərə-Avstraliya üçlüyünə - AUKUS ittifaqına kəsərli cavab variantları üzərində düşünür. Ancaq artıq gecdir.

Fransanın cavab addımları onsuz da heç nəyi dəyişməyəcək.

Arada bərbad olan isə Makronun imicidir. Adamı uşaq kimi məsxərəyə qoyublar. İndi fransızlar bir yandan anqlo-saksonları (ingilisləri, amerikanları) yıxıb sürüsələr də, ancaq Makron kimi uğursuz və fərsiz prezidentlərinin olmasından da çox utanırlar.

Böyük ehtimalla, fransız seçicilər 7 aydan sonra Fransada baş tutacaq növbəti prezident seçkilərində təkrar prezident seçilmək istəyən Makrona səs verməyəcəklər.

P.S.

Xatırladaq ki, sentyabrın 16-da AUKUS adlı yeni hərbi ittifaqın qurulduğunun elan edilməsindən sonra, Avstraliya və İsveçrənin Fransa ilə müqavilələrdən geri çəkilməsi nəticəsində Fransa üst-üstə  100 milyard dollardan çox vəsait itirib. Fransa XİN-in başçısı Le Drian isə baş verənlərə görə, müttəfiqlərini xəyanətdə ittiham edib.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az