Madriddə Türkiyə, Finlandiya və İsveç arasında “Üçtərəfli Memorandum” imzalanıb
Madriddə Türkiyə, Finlandiya və İsveç arasında “Üçtərəfli Memorandum” imzalanıb
29.06.2022 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Niinistö, İsveç baş naziri Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında keçirilən dördtərəfli görüşdən sonra Türkiyə, Finlandiya və İsveç arasında “Üçtərəfli Memorandum” imzalanıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde NATO sammitinin keçirildiyi İFEMA Konqres Mərkəzində keçirilən dördlük toplantısından sonra “Üçtərəfli Memorandum”u imzalayıblar. İmzalanma mərasimi prezident Ərdoğan, Finlandiya prezidenti Niinistö, İsveçin baş naziri Andersson və NATO-nun baş katibi Stoltenberqin iştirakı ilə keçirilib.

Memorandumda NATO baş katibi Stoltenberqin vasitəçiliyi ilə bir araya gələn Türkiyə, Finlandiya və İsveç nümayəndələrinin müəyyən məsələlərdə razılığa gəldiyi bildirilib.

NATO-nun ümumi müdafiə və təhlükəsizliyin bölünməzliyi prinsipləri ilə ortaq dəyərlərə əsaslanan bir ittifaq olduğu qeyd edilən memoranduma aşağıdakı ifadələr yer alıb:

“İsveç yeni və daha effektiv Terror Cinayətləri Qanunu iyulun 1-dən qüvvəyə minəcəyini və hökumətin antiterror qanunvericiliyini daha da gücləndirəcəyini təsdiqləyib. Türkiyə, Finlandiya və İsveç arasında artıq heç bir milli silah embarqosunun olmadığını təsdiqləyib.

İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli qanunvericiliyinə dəyişiklik edir. Gələcəkdə Finlandiya və İsveçdən ediləcək müdafiə sənayesi ixracatı müttəfiqlərin həmrəyliyinə Vaşinqton müqaviləsinin 3-cü maddəsinin məzmununa uyğun olaraq həyata keçiriləcək.”

İlahə Əliyeva