Luis Bono və Toyvo Klaar: Birinci ikincidən daha ağır çəkili diplomatdır
Luis Bono və Toyvo Klaar: Birinci ikincidən daha ağır çəkili diplomatdır
09.03.2023 Sahib Alıyev Tərəfindən

ABŞ və Avropa Birliyinin Qafqaz üzrə təmsilçiləri Luis Bono və Toyvo Klaarın regiona səfərləri ilə bağlı verdikləri intervülərdən gəldiyim nəticə budur ki, birinci ikincidən daha ağır çəkili diplomatdır, mümkün qədər neytral görünməyə çalışır.

Klaarın bəzi açıqlamaları haqda fikrimi yazmışam. Luis Bononunkuna gəldikdə onun Laçın yoluyla Ermənistandan qanunsuz yüklərin daşındığını dolayı etiraf etməsi, Qarabağdakı hayların guya blokadada saxlanmasıyla bağlı haray-həşirlərin heç də Azərbaycana qarşı sanksiya ilə nəticələnməyəcəyini deməsi bizim üçün önəmlidir.

Ən önəmli olan isə həm onun, həm də Avropa Birliyi təmsilçisinin cənab İlham Əliyevin regionda sülhdən yana olduğunu açıq şəkildə dilə gətirmələrədir. Təbii ki, belədə suallar yaranır ki, əgər savaşda qələbə çalan və hər baxımdan Ermənistandan güclü olan Azərbaycan sülh istəyirsə, onda bu, niyə baş vermir, maneçilik törədən kimdir? Məsələn, burada Fransanın rolunu necə qiymətləndirmək olar? Ermənistanı sülhə məcbur etmənin vaxtı çatmayıbmı?

Millət vəkili Sahib Alıyev

visiontv.az