Lazım olarsa qardaş Türkiyəyə həm texniki yardımın həcmi, həm də şəxsi heyət sayı artırılacaq - deputat Hikmət Babaoğlu
Lazım olarsa qardaş Türkiyəyə həm texniki yardımın həcmi, həm də şəxsi heyət sayı artırılacaq - deputat Hikmət Babaoğlu
30.07.2021 Hikmət Babaoğlu Tərəfindən

Qardaş Türkyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda böyük təəsüf və kədər hissləri yaratı.

Azərbaycan xalqı qardaş türk xalqının bu faciəvi yanğının da öhdəsindən gələcəyinə inanır və bütün imkanları ilə onun yanında olmağa hazırdı. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini və Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirdi.

Eyni zamanda dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığını ifadə etdi. Bundan dərhal sonra Azərbaycanın baş nazir Əli Əsədov qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduöunu bildirdi.

Hazırda isə Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Lazım olacağı təqdirdə həm texniki yardımın həcmi həm də şəxsi heyət sayının artırılması da nəzərdə tutula bilər. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır! Təmənnamız odur ki, bir daha qardaş ölkədə belə kədərli hadisələr yaşanmasın və Türkiyə ilə Azərbaycan yalnız sevincli günlərdə biri-birilərinin yanında olsun!

Visiontv.az