Lavrov Blinkenlə danışıqlarını faydalı adlandırıb
21.01.2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşünü faydalı və açıq adlandırıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə amerikalı həmkarı Entoni Blinkenlə danışıqlarının yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Görüş faydalı və açıq keçdi. Biz bu gün Ukraynadakı vəziyyəti müzakirə etdik. Amerikalı həmkarlarımız növbəti dəfə Rusiya-Ukrayna sərhədindəki problemləri ön plana çəkməyə çalışdılar. Sonda belə razılığa gəldik ki, gələn həftə bizə bizim bütün təkliflərimizə yazılı cavab təqdim etsinlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı Lavrov-Blinken görüşü keçirilib. Görüş 1,5 sat çəkib. Danışıqların yekunları ilə bağlı Rusiya XİN başçısı mətbuat konfransı keçirib.