Laçın dəhlizinə yaxın ərazidə atışma qeydə alınıb-Sülhməramlılar müdaxilə etməyib
26.07.2021

Hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.

Visiontv.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində, Laçın dəhlizinə yaxın ərazidə iki tərəf arasında atışma qeydə alınıb.

Hadisə sülhməramlı qüvvələrin Laçın dəhlizində qurduğu posta yaxın ərazidə baş verib.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, atışma zamanı azı 1 erməni hərbçi yaralanıb. Lakin Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfi arasındakı atışmaya müdaxilə etməyib.

Qeyd edək ki, hələlik hadisə barədə rəsmi məlumat verilməyib.

Modern.az