Krımda silah anbarında baş verən partlayışın VİDEOgörüntüsü yayılıb
Krımda silah anbarında baş verən partlayışın VİDEOgörüntüsü yayılıb
16.08.2022 MEDİA Tərəfindən

Krımda baş verən partlayışlar nəticəsində iki nəfər xəsarət alıb, sakinlər təxliyə edilib

Rusiya tərəfindən işğal olunmuş Krımın Cankoyski rayonundakı Azovskoye kəndi ərazisində sursat anbarlarında baş verən partlayışdan sonra təxliyə başlayıb. Bu barədə avqustun 16-da Krımın “administrasiyasının rəhbəri” Sergey Aksyonov Telegram-da məlumat verib.
Onun sözlərinə görə, sursatların partladılması hələ də davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, Milli Qvardiyanın və fövqəladə hallar xidmətlərinin qüvvələri cəlb olunub.

"Mülki əhali arasında iki qurban var, onların həyatına heç bir təhlükə yoxdur. Sakinlər təxliyə edilir, təhlükəsizliyi təmin etmək üçün insanlar beş kilometrlik zonadan çıxarılır", - Aksyonov bildirib.

 

visiontv.az