Köhnəlmiş erməni - Bəybala Mirzəyev
Köhnəlmiş erməni - Bəybala Mirzəyev
12.04.2021 Bəybala Mirzəyev Tərəfindən

Xalqımıza qarşı xüsusi nifrəti ilə seçilən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iyunda keçiriləcək seçkilərdə qalib gəlmək və baş nazir olmaq üçün seçki kampaniyası çərçivəsində yenə sərsəm açıqlamalar verməyə başlayıb.

Deyir ki, biz "hərbi əsir"ləri Azərbaycandan geri ala, Şuşanı və Hadrutu işğaldan azad edə regionun ən güclü dövlətinə çevrilə bilərik...

Köçəryanın təfəkkür problemi var. Hətta az qala bütün Qarabağ tam 30 il ərzində bunların işğalı altında ikən Ermənistan heç cürə regionun ən güclü dövlətinə çevrilə bilmədi, indiki yarımcan halı ilə necə çevriləcək?

Köçəryanın ilk seçki açıqlamaları onu göstərir ki, bu adamın təfəkkürü zərrə qədər də dəyişməyib. 30 il əvvəlki faşist-millətçi zehniyyətini yenə də qoruyub saxlayır.

O, öz ölkəsinə, öz xalqına heç bir yenilik vəd edə bilmir. Çünki nə müasir reallıqlara, yeniliklərə açıq deyil, nədəki demokratik düşüncə daşıyıcısı deyil.

Ona görə də seçicilərin rəğbətini qazanmaq üçün yenə də 30 il əvvəlki kimi Qarabağ "kart"ından istifadə etməyə çalışır. Nitqlərini müharibə ritorikası üzərində qurur.

Köçəryanın şüarları da özü kimi köhnəlib.

Bu isə 44 günlük müharibədən psixoloji sarsıntı ilə çıxmış hazırki ermənilər üçün elə də cazibəli və maraqlı görünmür.

Visiontv.az