Kiberdələduzluq hansı hallarda baş verir? - Ekspert AÇIQLAYIR
Kiberdələduzluq hansı hallarda baş verir? - Ekspert AÇIQLAYIR
15.09.2021 Elvin ABBASOV Tərəfindən

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ-ndə hansı tədbirlər nəzərdə tutulub? 

Son günlər sosial şəbəkələrdə şəxsiyyətin alçaldılması ilə bağlı, həmçinin bankların adından istifadə edərək kiberhücumlar həyata keçirənlər geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı mətbuatdan və televiziyalardan gələn xeyli sorğuları cavablandırmağa çalışdım. Lakın bir sıra maraqlı məqamlar var ki, istəyirəm onları oxucularla bölüşüm. 

İlk olaraq onu deyim ki, bu işlərlə məşğul olan xakerlər ilk öncə özləri üçün hədəflər seçirlər. Belə ki yüzlərcə insanı eyni anda hədəfə almırlar. Onlar konkret olaraq özləri üçün hədəflər seçirlər, daha sonra seçdikləri hədəflərin individual olaraq sosial araşdırmalarını (Sosial mühəndislik) aparırlar. Seçilən hədəflərin sosial sahədəki fəaliyyəti analiz edilərək zəif yerləri müəyyən edilir. Məsələn, bir vətəndaş öz facebook hesabında hansısa bir bankın xidmətindən narazçılığını bildirir. Həmin xakerlər də onu hədəfə alaraq xüsusi bir ssenari hazırlayırlar. Vətəndaşların nömrəsini əldə etmə məsələsinə gəlincə bu öz-özlüyündə geniş müzakirə mövzusudur. Vətəndaş sosial şəbəkələrində nömrəsini açıq əks etdirə bilər və ya şirkətlərdə olan məlumat bazalarından əldə edilə bilinər. Daha sonra isə həmin ssenari üzərindən əməliyyatlar aparırlar. Müxtəlif tətbiq və proqramlar vasitəsi ilə vətəndaşın nömrəsinə dövlət qurumu və ya banklar adından zəng edir və ya sms göndərərək planlarını icra edirlər. 

Bəs belə olan halda qanunvericiliyin buna münasibəti necə olur? 

Bəzən elə başa düşülür ki, Azərbaycanda kibercinayətlərə görə qanunvericilikdə heç bir maddə yoxdur. Lakin AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ-ndə bu məsələyə görə 2 kateqoriya üzrə 6 maddə var. 
19-cu fəsil ŞƏXSİYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma.

Maddə 148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma.

Maddə 148-1. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə.

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə. 
Məhz ötən günlərdə sosial şəbəkələrdə şəxsiyyətin alçaldılması ilə bağlı baş verənləri bu 19-cu fəsilə aid etmək olar. 

30-cu fəsil KİBERCİNAYƏTLƏR
Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma.
Maddə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə.
Maddə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə.
Maddə 273-1. Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi.
Maddə 273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması. 

Bir məqamı da istərdim xüsusi qeyd edim. Dövlət orqanlarından və banklardan, həmçinin əməliyyat apardığımız digər qurumlardan bizə hansı hallarda sms gələ bilər?  Əgər vətəndaş heç bir fəaliyyət aparmadığı halda ona təsdiq sms-i gəlirsə və ya ona hanısısa təsdiq üçün bir link göndərilirsə bu hal məhz kiberhücumlarla bağlıdır və saxta sms-lərdi.  Belə hallarda vətəndaşlar diqqətli olmalı və tanımadığı, məlumatı olmadığı linki təsdiq etməməlidirlər. Lakin hansısa görülən bir fəaliyyət zamanı təsdiq üçün vətəndaşa sms gəlirsə bunu rahatlıqla qəbul edib dəyərləndirə bilər. Bu sms-lər görülən işlərin düzgünlüyünü təsdiq etməkdən ötür göndərilir. 

İKT üzrə ekspert: Elvin Abbasov