İyulun 3-də paytaxtda temperatur yenə yüksələcək
02.07.2019

Ölkə ərazisində iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23°, gündüz 27-32° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimalı var.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda da mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-33° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 22-27° isti olacağı ehtimal edilir.