İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyi (ISP) Türkiyəyə silah ixracına qoyulan embarqonu ləğv etdiklərini açıqlayıb.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İSP-nin açıqlamasında Türkiyəyə yenidən ixracata icazə verilməsi qərarının, İsveçin Türkiyənin də üzvü olduğu NATO-ya müraciəti səbəbindən qəbul edildiyi bildirilib.
Açıqlamada bu qərarın elektronika və texnologiya sahələrində olan məhsullar, eləcə də hərbi silah və texnikalar üçün qüvvədə olduğu vurğulanıb.
İlahə Əliyeva