Türkiyədə "rüşvət əməliyyatı" - 160 nəfər saxlanıldı
Türkiyədə "rüşvət əməliyyatı" - 160 nəfər saxlanıldı
17.05.2022 MEDİA Tərəfindən

Türkiyədə İstanbul daxil olmaqla 5 şəhərdə keçirilən "rüşvət əməliyyatında" 160 nəfər saxlanılıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Anadolu Respublika Baş Prokurorluğu Məmur Cinayətləri İstintaq Bürosu tərəfindən həyata keçirilən istintaq tədbiri çərçivəsində Kadıköy Bələdiyyəsində çalışan mütəşəkkil rüşvətxorluq, rüşvət vermə, rüşvət alma,  vasitəçilik və rəsmi sənədləri saxtalaşdırmada şübhəli bilinən əksəriyyəti polis işçiləri və bələdiyyə mühəndisləri olmaqla 54-ü dövlət məmuru olan 224 şübhəli nəzarətə alınıb. 

İstanbul Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları İstanbul, İzmir, Adana, Kocaeli və Şırnakda eyni vaxtda həyata keçirdikləri əməliyyatlarda 160 şübhəlini yaxalayıb. 

Davam edən əməliyyat çərçivəsində çox sayda şübhəlinin nəzarətə alındığı və ünvanlarda axtarışların davam etdirildiyi bildirilib.

İlahə Əliyeva