İsraillə əlaqələr heç də üçüncü ölkələrə qarşı yönəlməyib-Məhəmməd Əsədullazadə
İsraillə əlaqələr heç də üçüncü ölkələrə qarşı yönəlməyib-Məhəmməd Əsədullazadə
12.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İsrail Azərbaycan əlaqələri yüksək səviyyədə davam edir. Buna baxmayaraq Azərbaycan indiki İsrail-Fəəlstin məsələsində bəynəlxalq hüquqa uyğun olaraq problemin həllində maraqlıdır. Bu gün Yaxın Şərqdə davam edən uzun sürən bu böhrana baxmayaraq İsraildə Azərbaycan səfirliyi açılmalıdır. İsraillə əlaqələr heç də üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycan məhz Fələstin məsələsinə görə bu illər ərzində səfirlik açmayıb. Hazırda isə, bu problemə görə siyasi əlaqələri qarşılıqlı səfirlik açmaq mərhələsinə gətirmək lazımdır.

Azərbaycan yalnız öz siyasi və təhlükəsizlik maraqlanarına uyğun ikitərəfli əlaqələrin inkişafı baxımından buna yanaşır. Hazırda İsrailin ərəb dünyası ilə yeni bir sülh mərhələsi başlayıb. Hazırkı böhran fonunda dəmək olar ki, İran və digər ərəb ölkələridə ciddi şəkildə İsrailin üzərinə getmir. Belə olan təqdirdə Azərbaycan birmənalı olaraq öz milli maraqlarından çıxış etməklə yanaşı, beynəlxalq hüquq normalarına uyğun olaraq məsləyə yanaşmaqla, iki tərəflə əlaqələri davam etdirir.

Qeyd edim ki, İsrail Fələstin arasında atəşkəs bir neçə gündən sonra əldə olunacaq. İsraildə daxili siyasi vəziyyət mürəkkəbdir. Ona görə də hazırkı mərhələdə müharibə alovlanıb. Tərəflər atəşkəsə gedərək Vaşinqtonun vasitəsilə danışıqlar baş tuta bilər. ABŞ çalışır ki, İranla nüvə sazişindən sonra üstünlüyü ələ alıb, Fələstin məsələsində irəliləyiş əldə edilməsi üçün praqmatik addımlar atacaq.

visiontv.az