“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib
21.10.2021

Bu gün Tbilisidə “İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib. “Alulbeyt” Mərkəzində təşkil olunan konfransda din xadimləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.

Peyğəmbərin (s) mövlud həftəsinə həsr olunmuş konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftinin təmsilçisi Tahir Bayramov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze,  Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusifzadə və başqaları mövzu ətrafında çıxış ediblər. 

Hacı Kamran Məmmədovun moderatorluğu ilə, Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan  konfransda İnsanlığa nümunə olaraq təqdim olunan Əziz Peyğəmbərimizn (s) həyat tərzi, örnək rəftar və davranışı haqda danışılıb. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın Peyğəmbərinin (s) sülh, şəfqət, sayqı, sədaqət, rəhmət, vəhdət, sevgi və barışa səsləyən sifarişləri haqda geniş söhbətlər edilib. 

Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi,  İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.

Visiontv.az