İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verdi
27.10.2021

İraq hökuməti İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşlarının övladlarından 38-i təhvil verib. Bu barədə İraqın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Səyyaf məlumat verib.

Bildirilib ki, çərşənbə günü (27 oktyabr 2021-ci il) Azərbaycanın Bağdaddakı səfirliyi İŞİD-çilərin 38 uşağını vətənə qayıtmaları üçün qəbul edib.

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf deyib:

“Xarici İşlər Nazirliyi İraqın Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Bağdaddakı səfirliyi ilə koordinasiya əsasında İŞİD-ə qoşulmuşların 38 övladını təhvil verib."

Əlavə edilib ki, onlar anaları ilə birgə olublar və onların anaları ya valideynləri İraqın aidiyyatı məhkəmələri tərəfindən mühakimə edilirlər.

SalamNews