İranlı reper Türkiyədən qovulur
02.06.2023

İstanbul polisinin Narkotiklərlə Mübarizə Şöbəsi iranlı reper Asiya Əlizadəni videokliplərində narkotik istifadəsinə təşviq etmək ittihamı ilə Ataşahir rayonundakı mənzilində həbs edib.

Visiontv.az Gunaztv - yə istinadən bildirir ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Əlizadə Türkiyə Cəza Məcəlləsinin 190-cı maddəsinin “narkotik və ya stimullaşdırıcı maddələrin istehlakını təşviq etmə” maddəsi ilə prokurorluğa çağırılıb və dindirildikdən sonra sərbəst buraxılıb.

İranlı reper daha sonra Türkiyədəki xarici vətəndaşların ekstradisiya mərkəzinə təhvil verilib.