İran hökuməti evləri dağılan livanlıların ev əşyaları alması və ev kirayələməsi üçün milyonlarla dollar vəsait ayırıb.
Bununla bağlı Hizbullah terror təşkilatının baş katibi Naim Qasım açıqlama verib.
"İran Beyrutda və Cənubi Zahiyədə evləri tamamilə dağıdılmış livanlılara ev əşyaları almaq və bir il müddətinə mənzil kirayələmək üçün 14 min dollar, Beyrutdan kənarda olanlara isə 12 min dollar pul ödəyəcək",- o deyib.
Nəim Qasim yardımlara görə, İran rəhbəri Əli Xamənei və SEPAH-a təşəkkür edib, yardımların davamlı olacağını söyləyib.
O, bununla yanaşı İranın 233 min 500 livanlı ailəyə 300-400 dollar arası əlavə yardım nəzərdə tutduğunu, bunun 50 milyon dollarının ödənildiyini və qalan vəsaitin ödənilməsi başa çatdıqdan sonra ayrılan ümumi yardım məbləğinin 77 milyon dollar təşkil edəcəyini söyləyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian televiziyaya verdiyi son müsahibəsində deyib ki, bütün sahələrdə büdcə çatışmazlığı var və hətta subsidiyaları ödəmək də problemə çevrilib.
visiontv.az