İranın kəşfiyyat naziri İsmayıl Xətib bildirib ki, ölkənin silahlı qüvvələrinin imkanları və raket gücü sayəsində İran hakimiyyətini devirmək və parçalamaq planı uğursuzluğa düçar olub.
Nazir vurğulayıb ki, bu qələbə həm ordu və SEPAH-ın hərbi üstünlüyünün, həm də xalqın milli birliyinin nəticəsidir.
Xətib 12 günlük müharibə ilə bağlı çıxışında iddia edib: “Xalq İslam Respublikasının yanında duraraq, düşüncə və həyat tərzi ilə hakimiyyəti dəstəkləməklə düşmənlərə haqsız olduqlarını sübut etdi”.
visiontv.az